Nazirlik rəsmisi: “Bu gün Probasiya Xidmətindən də azadlığa qovuşanlar oldu”backend

Nazirlik rəsmisi: “Bu gün Probasiya Xidmətindən də azadlığa qovuşanlar oldu”

“Azərbaycanda insan hüquqlarının qorunmasına və cəza icra siyasətinin humanistləşdirilməsinə daim önəm verən cənab Prezident İlham Əliyev ötən gün növbəti humanist addım olaraq, bizim milli həmrəyliyimizin bariz nümunəsi kimi əfv sərəncamı imzaladı”.

Hokm.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O qeyd edib ki, sərəncama əsasən, 625 nəfər əfv olunub: “İctimaiyyət nümayəndələri və Ədliyyə Nazirliyinin təmsilçiləri həmin əfv sərəncamın icrasında iştirak etdik. Sərəncamın icrası artıq başa çatıb.

Qeyd etmək istəyirəm ki, bizim üçün əziz olan Novruz bayramı ərəfəsində cənab Prezidentin sərəncamı ilə on minlərlə insanın sevincinin şahidi olduq. Ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əfv və amnistiya aktların imzalanması və icrası bir ənənə halına çevrilib. Bildiyimiz kimi, 2017-ci ilin 10 fevral tarixinda cəza siyasətinin humanistləşməsinə dair Prezidentin fərmanı olub. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra qanunlarda və Cinayət Məcəlləsində dəyişikliklər olub. Məhkəmələrdə onminlərlə insana dair təqdimata baxılıb. Bəziləri cəzanın qalan hissəsindən tam azad olunub, digər şəxslərin əməlləri tövsif edilərək yenidən onlara cəza təyin olunub. Həmçinin qeyd etmək istəyirəm ki, o vaxtdan bizdə Probasiya Xidməti yaradılıb. Həmin xidmətdə də məhkumların bir hissəsinin azadlıqdan məhrumetmə cəzasının alternativi olaraq cəzaların icrası həyata keçirilir”.

A.Sabitova bildirib ki, bu gün Probasiya Xidmətində də azadlığa qovuşanlar olub: “Möhtərəm Prezidentə bayram ərəfəsində bu sevinci yaşadığına görə bütün ailələrin adından minnətdarlığımızı bildiririk”.Report

  •  (0)
  •  (0)