Nazirlik gəmilərə texniki baxış keçirəcəkbackend

Nazirlik gəmilərə texniki baxış keçirəcək

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2025-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış keçiriləcək.

Hokm.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Məlumata görə, texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcək:

Qeyd edilib ki, cədvəldə göstərilmiş günlər hava şəraiti ilə əlaqədar dəyişdirilə bilər. Həmçinin, çimərlik mövsümündə Bakı şəhəri və Abşeron rayonu üzrə keçirilən texniki baxışlar qismən məhdudlaşdırıla bilər.

 

Sıra

Texniki baxışın keçiriləcəyi şəhər və rayonlar Texniki baxışın keçirilmə vaxtı
1. Şimal regionu üzrə Fevral ayı ərzində
2. Muğan regionu üzrə Mart ayı ərzində
3. Cənub regionu üzrə Aprel ayı əzində
4. Daxili su hövzələri üzrə Oktyabr ayı ərzində
5. Bakı şəhəri və Abşeron rayonu üzrə
5.1 Ələt-Bibiheybət istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.2 Zığ-Pirallahı istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin II və III günləri
5.3 Şüvəlan-Nardaran istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
5.4 Görədil-Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi istiqamətində Hər ayın 2-ci və 3-cü həftəsinin IV və V günləri
  •  (0)
  •  (0)