Nazirdən yeni təyinatbackend

Nazirdən yeni təyinat

Bakıxanov qəsəbəsində yerləşən Respublika Olimpiya Liseyinin direktoru dəyişib.

Hokm.az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, Rasim Muradov vəzifəsindən çıxarılıb.

Onun əvəzinə gənclər və idman naziri Fərid Qayıbov tərəfindən bu vəzifəyə Müşviq Məmmədov təyin olunub. O, 3 ay müddətinə sınaq kimi direktor vəzifəsini icra edəcək.

Qeyd edək ki, Respublika Olimpiya Liseyi 1963-cü ildə yaradılıb. 1989-cu ilədək keçmiş Maarif Nazirliyinin (indiki Təhsil Nazirliyi) balansında olan lisey əvvəl internat tipli olub. Əvvəlki adı Respublika Olimpiya Ehtiyat Məktəbi olan qurum Nazirlər Kabinetinin qərarına əsasən 2000-ci ildən Respublika Olimpiya Liseyi adlandırılmağa başlanıb.

Kamandar Məcidov, Boris Koretski, Nazim Hüseynov, Valeri Belenki, Elnur Məmmədli, Xəzər İsayev, Vüqar Orucov, Heydər Məmmədəliyev və başqaları bu məktəbin yetirməsi olub.

  •  (0)
  •  (0)