“Cəbhə bölgəsində fəaliyyəti dayandırılan 420 məktəbin dərs cədvəllərinin dəyişdirilməsi nəzərdə tutulur”.
Hokm.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, həmin məktəblərdə bu gün dərs keçmək mümkün olmasa, 3-4 gün sonra mümkün olarsa, dərslər bərpa ediləcək:
“Üç rayonda bütün məktəblər fəaliyyətini dayandırıb, 11 rayonda isə yerləşmə yerindən asılı olaraq bəzi məktəblərin dayandırılması qərarı verilib”.