Nazir sahibkarlara çağırış etdibackend

Nazir sahibkarlara çağırış etdi

“Yeni qaydalara görə, restoranlarda masalar arasında məsafə qorunması, ticarət obyektlərində işçilərin maskalardan istifadə edilməsi, gigiyenik qaydalarln qorunması, iş yerlərində əllərin yuyulması şəraiti vacibdir”.

Hokm.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün keçirilən brifinqdə deyib.

Nazir qeyd edib ki, uzun müddət fəaliyyətdə olan biznes qurumları, qısa müddətli fəaliyyətsizlik nəticəsində ciddi geriləmələrlə üzləşə bilərlər: “Məhz bu səbəbdən də, davamlılığın təmin edilməsi əsas məqsəd olmalıdır. Bu baxımdan, dövlətin dəstək tədbirləri ilə yanaşı, biznes subyektlərinin də yeni iqtisadi şəraitə uyğunlaşması vacib amildir. Aprelin 27-dən başlayaraq xüsusi rejimli karantin şəraitində məhdudiyyətlərin bir qisminin yumşaldılacağı dövrdə hər bir sahibkar başa düşməlidir ki, pandemiya uzun müddət sürə bilər və bu müddət insanların davranışından daha çox asılıdır”.

M.Cabbarov əlavə edib ki, həlledici amil isə, fərdi gigiyena və sosial məsafənin qorunmasıdır:

“Sahibkarlar iqtisadiyyatın aidiyyəti sektoru üçün səciyyəvi olan sanitar-gigiyena qaydalarına ciddi əməl olunmasını təmin etməlidir. Yeni iqtisadi şərait özünəməxsus davranış qaydaları tələb edir. Biznesin davamlı fəaliyyəti və gəlirlərin stabilliyi də məhz yeni iqtisadi həyat tərzinə uyğunlaşmadan asılı olacaq. Bu qaydalara əməl edilməsə, yenidən ciddi karantin şərtlərinin tətbiqi qaçılmaz olacaq. Bu da öz növbəsində, sahibkarların yenidən iqtisadi itkilərlə üzləşməsi, külli miqdarda maddi zərər və ya müflisləşmə ilə nəticələnə bilər”.

Mikayıl Cabbarov deyib ki, fəaliyyətə başlayan obyektlərin sahibkarlarına dövlət dəstəyi may ayında da davam edəcək: “Sahibkarlara tövsiyə olunur ki, mümkün qədər minimal sayda əməkdaşları işə cəlb etsinlər. Nəzərə alaq ki, fəaliyyət tam həcmdə bərda edilmir. Müştəri sayında da bu özünü göstərəcək. Dövlət tərəfindən verilən yardımlar aprel, may ayında da davam etdiriləcək”.

  •  (1)
  •  (1)