“Azərbaycanda meyit donorluğu ilə bağlı görülən işlər çərçivəsində artıq təlimlərin keçirilməsinə başlanılıb. Ölkədə artıq beyin ölümü meyarları qəbul olunur”.
Hokm.az xəbər verir ki, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, həmin prosesə cəlb olunan mütəxəssislər xüsusi təlimlərə cəlb olunurlar.
“İnanırıq ki, qısa müddətdə koordinasiya mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyətdə də digər qabaqcıl ölkələr kimi bu proses tam şəffaf şəkildə icra olunacaq”, – deyə nazir əlavə edib.