İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev təqaüdə göndərilib.
DİN-in Mətbuat Xidmətindən Hokm.az-a bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib.