Sahibkarlara dəstək çərçivəsində bu ilin 9 ayında 1 152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,9 milyon manat güzəştli kredit verilib.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1 800-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.