NATO Norveçdə ən böyük hərbi təlimini keçirirbackend

NATO Norveçdə ən böyük hərbi təlimini keçirir

NATO bu il ən böyük hərbi təlimlərini Norveçdə keçirir, Bu barədə “Deutsche Welle” nəşri məlumat verib.
Aprelin 1-dək davam edəcək “Soyuq Müdaxilə” təlimdə 27 ölkədən 20 minə yaxın əsgər iştirak edəcək. Təlimdə həmçinin 200 təyyarə və 50 gəminin də iştirak etdiyi bildirilib.
Məlumata görə təlimlər suda,havada və quruda keçirilir.
Təlimlər Rusiya sərhədindən bir neçə yüz kilometr aralıda keçirilir.
NATO-nun bəyanatında deyilir ki, alyans Rusiyanı qarşıdakı hərbi təlimlər barədə ətraflı məlumatlandırıb və öz müşahidəçilərini göndərməyi təklif edib, lakin Rusiya bundan imtina edib.
  •  (0)
  •  (0)