NATO-ya üzv ölkələrin Silahlı Qüvvələrin Baş qərargahlarının rəislərinin Ukrayna, Finlandiya və İsveç nümayəndələrinin iştirakı ilə görüşü keçiriləcək.
Hokm.az xəbər verir ki, məlumatı TASS yayıb.
Bildirilib ki, görüş mayın 19-da keçiriləcək.
Məlumata görə, tədbirdə Asiya-Sakit okean regionunun tərəfdaş ölkələri təmsilçiləri də iştirak edəcək.
Xatırladaq ki, mayın 15-də NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçiriləcək.
Bu ayın 12-də İsveç və Finlandiyanın NATO-ya üzvülük ərizəsi təqdim edəcəyi gözlənilir.“Report”