Xəbər verdiyimiz kimi, xalq artisti Yalçın Rzazadə ötən gün dünyasını dəyişib.
Bu gün sənətçinin nəşi doğulduğu Lənkəran şəhərinə aparılıb. Yaxınları mərhum müğənni ilə vidalaşmaq üçün onun Bakıdakı evinə yığışıblar. Vida mərasimindən sonra Yalçın Rzazadənin nəşi maşına qoyulub və yaxınları yola düşüb.
Hokm.az xəbər verir ki, məsələyə münasibət bildirən müğənni Nadir Qafarzadə sənətçinin Fəxri Xiyabanda dəfn olunmamasına etiraz edib:
“Çox təəssüf edirəm, 50 ildən çox sənətə qulluq elə, bir Fəxri Xiyabanı sənə çox görsünlər. Allah sənə rəhmət eləsin, sənətkar. Səsin və ifaların hər zaman qəlbimizdə qalacaq”.konkret.az