“Əvvəllər COVID-19-a yoluxmamış hər bir şəxs koronavirusun “Omikron” ştammına yoluxmağa meyillidir”.
Bu barədə yoluxucu xəstəliklər üzrə mütəxəssis Aleksandr Qorelov məlumat verib.
Mütəxəssis məlumat verib ki, dərc edilmiş məlumatlar xəstələrin infeksiyanın bu alt növünü daha asan keçirdiklərini göstərir. Amma “Omikron”un yayılma miqyası xəstəxanaya yerləşdirilənlərin sayının azalmayacağından xəbər verir.
Yeni variant artıq 100-dən çox ölkədə müəyyən edilib. O, dünyanın dominant ştammına çevrilir.