İyunun 8-də Nikol Paşinyan Ermənistanda seçkiqabağı təbliğatla məşğul olanda və oğlu Aşotu Azərbaycanda olan bütün diversant və əsirləri dəyişməyə hazır olduğu ilə bağlı ucuz populizmlə məşğul olanda sərhəddə növbəti hadisə qeydə alınıb.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu əraziyə daxil olub. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb.
Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.
Daha sonra məlumat yayılıb ki, Qarabağdakı sülhməramlı qoşunların komandiri, rus general Muradov əsir götürülmüş hərbi qulluqçunu qaytarmaq istiqamətində danışıq aparır.
Ermənistan mətbuatı yazır ki, 9 noyabr üçtərəfli bəyanatından sonra ölkəin təhlükəsizlik problemlərinin ünvan sahibi, daha dəqiq desək, təhlükəsizliyin qarantı de-fakto olaraq Ermənistan hökuməti yox, sülhməramlıların komandiri Muradovun timsalında Rusiyadır.
“Katanyanla bağlı hekayə də bunun sübutudur. Cəmi bir neçə saat sonra Muradovun səyləri nəticəsində əsir götürülmüş Katanyanı ölkəyə qaytarmaq mümkün olub. Bundan sonra Azərbaycan MN açıqlama yayıb ki, iyunun 8-də tutulmuş Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Artur Katanyan təxribata əl atmayıb, azıb. İlkin dindirmə zamanı hərbi qulluqçunun özünü şübhəli apardığına və yanlış cavablar verdiyinə görə çaşqınlıq yaranıb. Nazirliyin yaydığı açıqlamaya görə, bu da o fikrə gətirib çıxarıb ki, o, Ermənistan Silahlı Qüvvələrinin diversiya qrupunun üzvü olub.
Hokm.az ordu.az-a istinadən xəbər verir ki, faktiki olaraq əsir götürülmüş ermənini saatlar ərzində geri qaytarmaq mümkün olub. Halbuki artıq bir neçə həftədir Ermənistan-Azərbaycan sərhədindən 6 hərbi qulluqçunu əsir götürüblər, lakin onların taleyi naməlum olaraq qalır, onların yaxın gələcəkdə qaytarılacağına ümid etmək belə böyük bir şeydir.
Çünki Ermənistanda faktiki olaraq əsirlər məsələsi üzrə bərabər səviyyədə danışıq aparmaq iqtidarında olan heç olmasa bir rəsmi belə yoxdur, hələ 44 günlük müharibə zamanı və ya bunun nəticəsində əsir düşmüş soydaşlarımız haqqında danışmırıq, lakin söhbət Ermənistanımızın suveren ərazisindən gedir. Bunun əvəzinə Nikol Paşinyan “Aşotikimi bütün əsirlər qarşılığında dəyişməyə hazıram” söyləyərək demaqoqluqla və meymunluq etməklə məşğuldur.
Dövlət rəhbəri adlanan, özünü ali baş komandan elan etmiş bu bədbəxt faktiki olaraq bir əsiri belə geri qaytara bilmir, əvəzində seçkiqabağı tragikomedik turlarla məşğuldur və özünü kişi kimi xəyal edir”, – deyə məqalələrin birində qeyd olunur.