Muradov Qaragöldə nə edir?backend

Muradov Qaragöldə nə edir?

“Sünikin İşxanasar (Qaragöl – red.) kəndi istiqamətində yaranmış sərhəd gərginliyi ətrafında danışıqla bağlı ziddiyətli internet məlumatı dolaşır, bu, keçmiş idarəetmə sistemini təmsil edən siyasi dairələrin intensiv media əməliyyatları ilə müşayiət olunur, bu əməliyyatların həqiqiliyi və ya saxta olması haqqında rəsmi açıqlamalar da hələlik yoxdur”.

 

Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “1in.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Əlbəttə, bunlar gün ərzində olacaq və ya hər halda məntiqə görə olmalıdır. Eyni zamanda internetdə o da açıq-aşkardır ki, hakim əksəriyyətin nümayəndələri danışıq prosesi şəraitində Ermənistanın marağına qarşı media axınlarına görə məhz qeyri-rəsmi danışıq detallarını yayan, keçmiş sistemi təmsil edən dairələri ittiham edirlər. Burada iki sual yaranır. Birincisi, bu detallar hökuməti təmsil etməyən, üstəlik, radikal müxalifəti təmsil edən, siyasi məqsədlər üçün vasitələr qarşısında ayrı-seçkilik qoymamaq prinsipi ilə fəaliyyət göstərən şəxslərə necə bəlli olur? Onlar bu məlumatları danışıq aparan erməni nümayəndə heyətindən, azərbaycanlılardan, yoxsa vasitəçi olan, Qarabağdakı sülhməramlı missiyanın komandiri, general Muradovun təmsil etdiyi rus tərəfindən alırlar?”, – deyə məqalədə bildirilib.

  •  (0)
  •  (1)