İspaniya La Liqasında 2023/24 mövsümünün ən yaxşısı – Alfredo Di Stefano mükafatının sahibi müəyyənləşib.
“Hokm.az” xarici KİV-ə istinadən xəbər verir ki, mükafatı “Real”ın yarımmüdafiəçisi Cud Bellingem qazanıb. Qalib “Marca” qəzeti tərəfindən müəyyənləşdirilib.
Son mövsümdə Bellingem La Liqada meydana çıxdığı 28 matçda 19 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Alfredo Di Stefano mükafatının rekordçu sahibi Lionel Messidir. Argentinalı ulduz 7 dəfə sözügedən mükafata sahib çıxıb.