“Qarabağ (qondarma qurum-red.) polisinin 11 ölüsü, 30-dan artıq yaralısı, fövqəladə halların 4 ölüsü, 17 yaralısı olub”.
Hokm.az Ordu.az-a istinadən xəbər verir ki, bunu qondarma qurumun “nümayəndəsi” Karen Sarkisyan bildirib.
“Bundan başqa, xidmətlər maddi-texniki zərər də çəkib. Yol polisi və fövqəladə hallar xidmətinin inzibati binaları “Smerç” və “Qrad” YARS-larından açılmış atəşlərdən qismən zərər çəkib”, – deyə Sarkisyan qeyd edib.