Müəllimlər sertifikasiya stressi YAŞAYIR – SƏBƏBbackend

Müəllimlər sertifikasiya stressi YAŞAYIR – SƏBƏB

Sertifikasiya imtahanlarının vaxtı və hansı fənnlərdən keçiriləcəyi ilə bağlı məlumatların açıqlanmaması müəllimlər arasında narahatlığa səbəb olub.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın iclası hələlik keçirilməyib.

Bir neçə gün əvvəl saytımıza daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin –  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək. Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib.

Hokm.az xəbər verir ki Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, son illər Elm və Təhsil Nazirliyində bir sıra uğurlu islahatlar həyata keçirilsə də, kütləvi narazılıqlarla nəticələnən qərarlar var.

“Sertifikasiya imtahanları 2022-ci ildən etibarən keçirilir. Ümumi təhsilimizin inkişafı baxımından bunu əla təşəbbüs kimi qiymətləndirmişik. Amma prosesin keçirilməsində müəyyən problemlər də var. Elm və Təhsil Nazirliyinin Dövlət İmtahan Mərkəzi ilə müqayisədə imtahan keçirmək təcrübəsi çox deyil, müəyyən qədər zəifdir. Sertifikasiyadan müəllimlərin bir qismi keçirilib”.

Ekspert qeyd edib ki, müəllimlər illərlə intizarda qalır: “Nəzərə alsaq ki, əmək haqqı artımı da sertifikasiyanın nəticəsinə uyğun olur, sertifikasiyanın gecikməsi müəyyən narazılıqlar yaradır. Həm də keçirilən sertifikasiya imtahanlarının özündə də müəyyən problemlər var. Son zamanlar sertifikasiyadan kəsilən, sertifikasiyası keçirilmədiyindən maaşı artmayan müəllimlərin narazılıqları artan templə davam edir.

İmtahanların keçirilməsi, vaxtın təyin edilməsi və əvvəlcədən elan edilməsi baxımından DİM-in təcrübəsindən yararlanmaq daha faydalıdır”.

R.Fikrətoğlunun sözlərinə görə, sertifikasiya ilə bağlı Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası fəaliyyət göstərir, bu şura hələ də toplaşmayıb:

“Düzdür, qanunda imtahandan 1 ay əvvəl məlumat verilməsi göstərilir, amma düşünürəm ki, bu qədər az vaxt qalmış elan etmək yaxşı hal deyil. DİM imtahan tarixlərini dekabr-yanvar aylarında elan edir. Müəllimlər bilmir dərslərinə fokuslansın, ailənin maddi durumuna fikir versinlər, yoxsa sertifikasiyanın stressini yaşasın. Belə pərakəndəlik yaratmaq, müəllimləri intizarda saxlamaq düşünmürəm ki, təhsilimizə xeyir versin”.

  •  (0)
  •  (0)