Ukrayna artıq M109 özüyeriyən artilleriya qurğusunun modifikasiyalarından birini alıb.
Hokm.az ”Report”a istiandən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb.
“Bu xəbəri elan etməyə şadam. M109 özüyeriyən topların modifikasiyalarından biri artıq Ukraynaya gəlib. Bu, çox keyfiyyətli texnikadır”, – o qeyd edib.
Nazir xatırladıb ki, ukraynalı müdafiəçilər artıq cəbhə xəttində üç növ 155 mm-lik artilleriyadan – M777 haubitsası, FH70 haubitsası və SEZAR özüyeriyən silahlarından istifadə edirlər.
O.Reznikov vurğulayıb ki, bu raketlərin verilməsi həm də bir neçə dövlət arasında əməkdaşlığın nəticəsi olub.
O, ABŞ-ın Ukraynada müxtəlif tipli 100-dən çox pilotsuz uçuş aparatının olduğunu da söyləyib.