Mübariz İbrahimovun atası dəfn edildibackend

Mübariz İbrahimovun atası dəfn edildi

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov dəfn olunub.

“Hokm.az” məlumatına görə, mərhum Biləsuvar rayonu Əliabad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində ailə üzvləri, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, A.İbrahimov bu gün infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Surxay Şahbazov

  •  (0)
  •  (0)