Bakıda “Lexus” markalı avtomobili ilə motosikletçini döyən məmur Sultan Dadaşov saxlanılıb.
Hokm.az verir ki, Qaynarinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə Sultan Tofiq oğlu Dadaşov 25 sutka həbs edilib.
Qeyd edək ki, 25 apreldə Bakıda “Lexus” markalı, 10 VX 707 dövlət nişanlı avtomobilin sürücüsünün motosiklet sürücüsünü vurmasını və təhqir etməsini əks etdirən görüntülər yayılıb.