Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında danışıqlar fevralın sonundan əvvəl və ya daha gec baş tuta bilər.
Hokm.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Qərb mediası da bu haqda çox yazır, bizim media da çox yazır.. Görüş fevralın sonunadək ola da bilər, olmaya da”, – deyə Peskov Putin və Trampın danışıqlarının fevralın sonuna qədər baş tuta biləcəyi ilə bağlı sualı cavablandırıb.