Moskvadan olan deputatlar Putindən müharibəni dayandırmağı xahiş etdilər – “Bu, fəlakətdir, yoxsulluğa aparan yoldur”backend

Moskvadan olan deputatlar Putindən müharibəni dayandırmağı xahiş etdilər – “Bu, fəlakətdir, yoxsulluğa aparan yoldur”

Rusiyada Moskvadan seçilən bir qrup deputat Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq, Ukraynaya qarşı hərbi təcavüz nəticəsində bütün ölkənin yoxsullaşacağı və digər mənfi nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq ediblər.

Hokm.az bu haqda BBC-nin rus xidmətinə istinadən xəbər verir.

Belə ki, Moskvanın Qaqarinski rayon dairəsinin Deputatlar Şurası Rusiya ordusunun Ukrayna ərazisində apardığı hərbi əməliyyatları pisləyib.

Onlar işğalçı ölkənin prezidentini qoşunları dərhal Ukraynadan çıxarmağa çağırıblar.

Millət vəkilləri Putinə göndərdikləri məktubda Ukraynaya müdaxiləni fəlakət adlandırıblar.

Sözün əsl mənasında: “Bu, ölkənin (red.Rusiya Federasiyasının ) deqradasiyasına və yoxsullaşmasına aparan yoldur. Başqa heç bir hərəkət Rusiya iqtisadiyyatına bundan böyük ziyan vura bilməz”.

Qeyd edək ki, Moskvanın bu rayonundakı deputatların əksəriyyəti “Yabloko” müxalifət qüvvələrinin nümayəndələridir.Demokrat.az

  •  (0)
  •  (1)