Moskvada qapalı görüş: Putin sərhəd probleminin həllinə tələsirbackend

Moskvada qapalı görüş: Putin sərhəd probleminin həllinə tələsir

Erməni mənbələr sabah Moskvada Azərbaycan və Ermənistan nümayəndələrinin sərhəd məsələsini müzakirə etmək üçün görüşəcəyini yazır.

Məlumat rəsmi deyil, hərçənd, Moskvanın iki məqama görə prosesdə tələsik həll variantını tapmağa çalışdığı görünür:

Birincisi, İrəvanın “beynəlxalq müşahidəçi” təklifinin aktuallığının qarşısını almaq;

İkincisi, Putin-Bayden görüşünə qədər tərəflərin razılaşmasına, yaxud razılıq bazasının formalaşmasına nail olmaq;

Putin-Bayden görüşündə ABŞ-ın sərhəddə müşahidəçi qismində bölgəyə qayıdışının müzakirə ediləcəyi ehtimalı böyükdür. Görüşə qədər sərhəd məsələsində həll yolları tapılmasa, Vaşinqton Moskvanı cəlbedici təkliflər, yaxud təzyiqlərlə razı salmağa çalışacaq.

Putin görüşə Azərbaycan-Ermənistan arasındakı sərhəd məsələsi ilə getmək istəmir.publika.az

  •  (0)
  •  (0)