Mingəçevir şəhərində baş verən hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Azyaşlı, autizm və epilepsiya xəstəsi övladı olan ana Ələsgərova Qubaxanım Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin rəisi Eynur Babayev barəsində qanunsuz hərəkətlərə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə Mingəçevir şəhər məhkəməsinə müraciət edib.
Şikayətçi bildirir ki, 17.02.2026-cı il tarixində poçt vasitəsilə məhkəməyə göndərdiyi ərizə daxil olsa da, iki gün ərzində qeydiyyata alınmayıb. 18.02.2026-cı il tarixində məhkəmə ilə əlaqə saxladıqda isə ona işlərin çoxluğu səbəbindən gözləməli olduğu bildirilib. Halbuki qanunvericiliyə əsasən, məhkəməyə daxil olan sənədlər dərhal qeydiyyata alınmalıdır. Yalnız 887 qaynar xətti vasitəsilə Hüquq Şurasına şikayət etdikdən sonra ərizənin qeydiyyata alındığı vurğulanır. Bu hal işə qeyri-obyektiv münasibət göstərilməsi ehtimalı ilə bağlı narahatlıq yaradıb.
Ələsgərova Qubaxanımın sözlərinə görə, icra rəisi Eynur Babayev uzun müddətdir ona qarşı açıq qərəz nümayiş etdirir və onun barəsində cinayət işi başlanması məqsədilə iki dəfə istintaq orqanlarına təqdimat göndərib. Birinci təqdimat rədd edilsə də, ikinci dəfə yenidən müraciət olunması şikayətçi tərəfindən davamlı təzyiq kimi qiymətləndirilir. Ana iddia edir ki, icra rəisi xəstə uşağın hüquqlarını və rifahını deyil, qarşı tərəf olan Məlikov Fərid Mehman oğlunun maraqlarını üstün tutur.
Şikayətçi qeyd edir ki, xəstə övladının qayğısını çəkdiyi bir dövrdə onun həbsinə yönəlik addımlar həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməzdir. O bildirir:
“Xəstə övladım var. Mənim bütün mübarizəm onun haqqı və gələcəyi üçündür. Mənim həbsimlə deyil, qanunun aliliyi ilə məşğul olunmalıdır. Mən cinayətkar deyiləm. Mən yalnız övladımın hüquqlarını və qanunu müdafiə edirəm.”
Məsələ ilə bağlı materialların 23.12.2025-ci il tarixində Baş Prokurorluq tərəfindən Ədliyyə orqanlarının daxili istintaqına göndərildiyi və Eynur Babayevlə bağlı araşdırmanın davam etdiyi bildirilir. 07.02.2026-cı il tarixində məsələ ictimaiyyətə açıqlanıb, 12.02.2026-cı ildə qəbul keçirilib və işin nəzarətdə saxlanılacağı qeyd olunub. 13.02.2026-cı il tarixində isə Baş Prokurorluqda Ələsgərova Qubaxanım qəbul edilərək, işin nəzarətə götürüldüyü ona rəsmi şəkildə bildirilib.
Şikayətçi məhkəmə prosesinin şəffaf aparılmasını, hər hansı müdaxilənin qarşısının alınmasını və icra rəisinin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir. O, prosesin gedişatını ictimaiyyətlə bölüşəcəyini və mübarizəsini sonadək davam etdirəcəyini açıqlayıb.
Hadisə cəmiyyətdə mühüm bir sual doğurur: qanun hamı üçün eynidirmi, yoxsa vəzifə kreslosu bəzi şəxslərə toxunulmazlıq verir?
Şikayətçinin müraciətini və sənədləri olduğu kimi sizlərə təqdim edirik:
















