Futbolçular peşələrindən qazandıqları məbləğ ilə gözəl həyat yaşaya və ya əlindəki pulun dəyərini bilməyərək müflis ola bilərlər.
Hokm.az Offsideplus.az-a istinadən iflas olduqları açıqlanan bəi futbolçuları təqdim edir:
ROYSTON DRENTE – “Real”da karyerasının zirvəsini yaşayan bu futbolçunun sonradan 3.2 milyon sterlinq itirdiyini ortaya çıxmışdı. Drente hazırda “Reysinq Mursiya”da çıxış edərək, özünü toparlamağa çalışır.
RONALDİNYO – Braziliyalı əfsanənin 2018-ci ildə bank hesabında cəmi 5 sterlinq olduğu və hələ də 1,75 milyon sterlinq borcunun olduğu bildirilir.
DEVİD CEYMS – Ceyms karyerası boyunca təxminən 20 milyon funt-sterlinq qazansa da, 2014-cü ildə iflas etdiyini açıqladı. “Liverpul” və “Mançester Siti” kimi klublarda çıxış etməkdən əlavə, o, “Armani” üçün modellik etmiş və bir çox mülkə sahib olmuşdu.
DİEQO MARADONA – 2020-ci ilin noyabrında dünyasını dəyişən əfsanə, transfer dəyərləri ilə iki dəfə dünya rekordlarını qırmışdı. Lakin 2009-cu ildə iflas olduğu bəlli oldu. Belə ki, İtaliya Vergi Məhkəməsi 1980-ci illərdə “Napoli” üçün oynadığı zamanlarda ödəməsi gərəkən 42 milyon sterlinqi tələb etdi
İON ARBE RİİSE – Norveçli müdafiəçi “Liverpul”la Çempionlar Liqası qalibi olduqdan 2 il sonra müflis etmişdi. Təxminən 150 min dollar dəyərində ödənməyən borcları səbəbindən məhkəməlik olan Riise, meneceri ilə 5 milyon dollarlıq fırıldaqçılıq işlərinə bulaşdı.
SELESTİN BABAYARO – Bir zamanlar həftəyə 45 min dollar qazanan Babayaro, özünün məhkəmələrdən xilas edə bilmədi. Bunun ardınca Selestin müflis olduğunu açıqladı.