Azərbaycanın müxtəlif yaş qruplarından ibarət millilərinə çağırılmış Məhəmməd Musalov karyerasını Ermənistanda davam etdirəcək.
Hokm.az Offsideplus.az-a istinadən xəbər verir ki, “Anji”nin yetirməsi olan 26 yaşlı müdafiəçi “Pünik” klubu ilə anlaşıb.
Qeyd edək ki, Dağıstan əsilli futbolçu 2012-ci ilin 10-20 iyun tarixlərində U-19 yığmamızın Litvanın Palanqa şəhərində keçirdiyi təlim-məşq toplanışında iştirak edib.