“Bu virus aprel ayının sonlarında Böyük Britaniyada aşkarlanıb. Nigeriyadan qayıdan şəxsdə meymunçiçəyi virusuna rast gəlinib. Virus ilk dəfə xərçəngkimilərlə qidalanan makaka meymunlarında tapılıb”.
Hokm.az xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “Nə Baş Verir?” verilişində qonaq olan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Professor əlavə edib ki, bu gün yeni bir pandemiya baş verərsə, 1980-ci ildən sonra doğulan şəxslər müdafiəsiz olacaqlar: “Meymunçiçəyi virusu ilk dəfə 1958-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində identifikasiya olunub. Bundan sonra ayrıı-ayrı yerlərdə ocaqlar baş verib.
Peyvənd resursu olmalıdır. İndiki şirkətlər malekulyar biologiyanı ən müasir üsullarıyla imitasion peyvəndlər ala bilirlər. Buna görə, tez bir müddətdə peyvəndlər istehsal oluna bilər”.