Çinin Vuhan şəhərindəki metro stansiyasında dəhşətli hadisə baş verib.
Hokm.az Metbuat.az-a istinadən xəbər verir ki, ananın səhlənkarlığı nəticəsində uşağı metro ilə platforma arasındakı boşluğa düşüb. Hadisə barədə dərhal səlahiyyətli şəxslərə məlumat verilib. Ardınca həyəcan siqanlı verilərək metronun hərəkət etməsi dayandırılıb.
Sərnişinlərdən biri boşluğa düşərək, uşağı çıxarıb. Uşaq xəsarət almayıb. Onu xilas edən isə böyük alqış toplayıb.