Meta 2025-ci ildə süni intellektə 65 milyard dollar xərcləməyi planlaşdırırbackend

Meta 2025-ci ildə süni intellektə 65 milyard dollar xərcləməyi planlaşdırır

Facebook, Instagram və WhatsApp-ın sahibi Meta şirkəti 2025-ci ildə süni intellektlə əlaqəli layihələrə 65 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır. O cümlədən nəhəng məlumat mərkəzi tikiləcək və süni intellekt qruplarında işə qəbul artırılacaq. 

“Şirkət bu vəsaiti “Manhettenin əhəmiyyətli bir hissəsini əhatə edəcək qədər böyük” məlumat mərkəzi tikmək üçün istifadə etməyi planlaşdırır”, -Şirkətin rəhbəri mark Zukerberq Facebook-da yazıb.

Hokm.az xəbər verir ki, bu il təxminən 1 giqavatlıq emal gücü işə salacaqlarını qeyd edən Zukerberq, ili 1,3 milyondan çox qrafik emal vahidi (GPU) ilə tamamlayacaqlarını bildirib.

Zukerberq öz postunda qeyd edib: “Bu, möhtəşəm bir səydir və bizim əsas məhsullarımızı və biznesimizi gələcək illər üçün idarə edəcək, tarixi yenilikləri açacaq və Amerikanın texnologiya liderliyini genişləndirəcək”.

Son bir neçə ildə süni intellektə əhəmiyyətli investisiyalar yatıran Meta, bu yaxınlarda Luiziana ştatında 10 milyard dollarlıq yeni məlumat mərkəzi quracağını açıqlayıb. Şirkət həmçinin AI köməkçisi və Ray-Ban smart eynəkləri kimi məhsulları gücləndirmək üçün yeni kompüter çipləri alıb. Zukerberq əlavə edib ki, Meta 2025-ci ildə “süni intellekt qruplarını əhəmiyyətli dərəcədə artıracaq”.

  •  (0)
  •  (0)