“Barselona”nın argentinalı ulduzu Lionel Messi özünə yeni malikanə alıb.
Hokm.az Offsideplus.az-a istinadla xəbər verir ki, 33 yaşlı hücumçu bu dəfəki ünvanı Mayamidən seçib. ABŞ-ın ən dinamik şəhərlərindən olan Mayamidəki yeni evin qiyməti 5 milyon ingilis funtudur.
Üzü okeanın mənzərəsinə açılan villanın 4 yataq otağı, eyni sayda vanna otağı və 511 kvadrat metr ərazisində 1000 şüşəlik şərab anbarı da var.
Malikanənin həyətində hovuz da mövcuddur.