Məşhur yazıçı vəfat etdi – FOTObackend

Məşhur yazıçı vəfat etdi – FOTO

Misirli yazıçı və qadın hüquqlarının müdafiəçisi Nəval əs-Səadvi vəfat edib.

Hokm.az Pravda.az-a istinadən xəbər verir ki, 89 yaşlı yazıçının son vaxtlar səhhətindən problemlər var idi.

Qeyd edək ki, ixtisasça psixiatr olan Nəval əs-Səadvinin əsərləri 20-dən çox dilə tərcümə edilib.

O, bir sıra mükafatlara layiq görülüb. 2015-ci ildə xanım yazıçı “Nobel”in Ədəbiyyat nominasiyası üzrə mükafatına namizəd göstərilmişdi.

Nəval əs-Səadvi feminist yazar kimi də məşhur idi. Xüsusilə, bir sıra Afrika ölkələrində ənənvi “qadın sünnəti”nə qarşı kəskin çıxışları ilə tanınırdı.

  •  (0)
  •  (0)