Rusiya gözəllik kraliçasının evinə narkotik basqını edilib.
Hokm.az xəbər verir ki, “Miss Dubay” gözəllik müsabiqəsinin ikincisi olan rusiyalı model Kristina Duxinanı narkotik alveri və satışına görə 20 il həbs cəzası gözləyir.
“Miss Dubay”da ikinci olan və eyni zamanda özünə məxsus model agentliyinin sahibi olan 34 yaşlı rusiyalı model Kristina Duxinanın Moskvadakı mənzilinə basqın edilib.
Duxinanın evinə basqın zamanı polisin yarım kiloqramdan çox narkotik tapdığı açıqlanıb.
Polis rus modeli saxlayıb.
Bildirilib ki, onu 20 il həbs cəzası gözləyir.Azxeber.com