Məşhur cipsilərdə təhlükə aşkarlandı: Azərbaycana da gətirilib? – AÇIQLAMAbackend

Məşhur cipsilərdə təhlükə aşkarlandı: Azərbaycana da gətirilib? – AÇIQLAMA

Məşhur qəlyanaltı brendi “Lay’s” istehsal etdiyi kartof çipslərini ölümcül allergik reaksiya riski səbəbindən geri çağırmaq qərarına gəlib. Buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin olmasıdır. 

Amerikanın rəsmi qurumları bu vəziyyəti ən yüksək risk səviyyəsi olan I dərəcə kateqoriyasına qaldırıb. Bu o deməkdir ki, bu məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.

Bəs Azərbaycanda bununla bağlı hansı işlər görülür?

Hokm.az  xəbər verir ki, modern.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) ilə əlaqə saxlayıb.

AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.

“Həmçinin qeyd edirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür”, – o deyib.

  •  (0)
  •  (0)