Qazaxda 4 nəfərin xəsərt alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Şaylı kəndinə gedən yolda qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində Daş Salahlı kənd sakinləri, Abışov Elmir Rövşən oğlu (1985), Allahverdiyev Rasim Qədir oğlu (1985), Mustafayev Pərviz Nəbi oğlu (1985) və Əhmədov Elvin Mamed oğlu (1983) xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)
Hokm.az