Fitnes məşqçisi Kamil Zeynallı həbs olunma səbəbini açıqlayıb.
Hokm.az xəbər verir ki, o, bu barədə “İnstagram” səhifəsində paylaşım edib.
“Bu yardımıma görə, mənə 30 gün həbs cəzası verdilər!
İç orqanlarım silkələnə-silkələnə Kəlbəcərə qalxmışam, soyuqda, şaxtada, qarda”,- deyə o, qeyd edib.
Daha sonra o, vaxtından əvvəl azadlığa buraxıldığı üçün Birinci vitse prezident Mehriban Əliyevaya təşəkkürünü də bildirib.
“Mənim vaxtından əvvəl azadlığıma buraxılmağımın səbəbi bir tək Mehriban Əliyevadır. Məni 30 günlük cəzadan azad etdi və tapşırdılar ki, yardımlarıma davam edim”,- deyə o, qeyd edib.
Sonda K.Zeynallı ona mane olan insanlara da ismarıc yollayıb.
“Ancaq içimizdə bəzi müxalif, şərəfsiz insanlar var ki, bizim ordumuza və qələbəmizə mane olurlar. Allah Azərbaycan Dövlətini, Xalqını və əsgərini qorusun!”, – deyə o, vurğulayıb.
Xatırladaq ki, Kamil Zeynnalı dekabrın 14-ü Kəlbəcərdə olan əsgərlərə yardım apararkən saxlanılıb, Göygöl məhkəməsinin qərarı ilə 30 sutka müddətində azadlıqdan məhrum edilmişdi.Bizim.Media