Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİbackend

Məktəblini döyən sabiq məmur namizədlikdən GERİ ÇƏKİLDİ

Bələdiyyə seçkilərində namizəd olan Lənkəran icra başçısının sabiq müavini Rəsilə Arifqızı (Əliyeva) namizədliyini geri götürüb.

Hokm.az-ın məlumatına görə, onun namizədliyi hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Lənkəran bələdiyyəsi üzrə irəli sürülmüşdü.

Rəsilə Arifqızının adı artıq MSK-nın saytında yerləşdirilən qeydə alınan namizədlərin seçki dairələrinə görə bələdiyyələr üzrə siyahısında yoxdur.

YAP-ın Lənkəran Rayon Təşkilatından “cenublu.az” saytına bildirilib ki, onun namizədliyini geri götürməsinə səbəb səhhətində yaranan problem olub.

Qeyd edək ki, Rəsilə Əliyeva İcra Hakimiyyəti başçısı Taleh Qaraşovun müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub. 2022-ci ilin iyulunda Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb. Araşdırmalardan sonra Rəsilə Əliyeva vəzifəsindən azad edilib.

Bu hadisəyə görə hətta Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 4 min manat cərimə olunub

  •  (0)
  •  (0)