Məktəblərdə karantin deyil, tətil elan edilib. Bu, o deməkdir ki, məktəb şagirdləri üçün bu və digər qaydada dərs keçirilmir.
Hokm.az Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, noyabrda bir həftə tətil var idi: “Biz bu tətili digər tətil günləri ilə əvəzləşdirə biləcəyik”.
Nazir bildirib ki, məktəblərin özlərində kütləvi yoluxma halına rast gəlinməyib. Onun sözlərinə görə, bu gün elan edilən tətildə tədris müddəti qısaldılmır:
“Bu tətil tədris ilinin azalmasına və şagirdlərin daha az müddətdə təhsil almasına səbəb olmayacaq. Şagirdlər bu gün olmayan təhsili qarşıdakı vaxtda alacaqlar”.