“Gələcəkdə VI, VII və VIII siniflərdə də mərkəzləşdirilmiş imtahanın keçiriləcəyi istisna edilmir”.
Hokm.az xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müəllimlərin sertifikasiyası ilə bağlı keçirilən görüşdə deyib.
O bildirib ki, artıq IV siniflərin monitorinq imtahanı keçirilib:
“Bu imtahanların keçirilməsində məqsəd şagirdlərin bilik və bacarıqlarının öncədən öyrənilməsidir. Əvvəl isə sadəcə IX sinifdə bunu müəyyənləşdirə bilirdik”.