Sosial şəbəkə istifadəçiləri tədris ocağında belə bir səhvin yolverilməz olduğunu bildiriblər.
Maraqlıdır, sözügedən yalnışlığın düzəldilməsi üçün aidiyyəti qurumlar tərəfindən addım atılıbmı?
Bakı Şəhər Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Bizim.Media-ya açıqlamasında təmir-tikinti idarəsinin Təhsil Nazirliyinin tabeliyində olduğunu bildirib.
Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə daşın üzərində hərflərin yanaşı göründüyünü əsas gətirib:
“Bu montaj zamanı olub. Texniki olaraq bunu düzəltmək üçün böyük kampaniyaya ehtiyac yoxdu”, deyə qurum rəsmisi əlavə edib. (Bizim.Media)