Məhəbbət Kazımovun oğlundan ürəkdağlayan etirafbackend

Məhəbbət Kazımovun oğlundan ürəkdağlayan etiraf

Atam “Laçın” deyə-deyə bu fani dünyadan köçdü. Atamın Laçınla bağlı çox arzuları, xatirələri vardı. Yadımdadır, bir gün mənim yanımda ondan soruşdular ki, Laçın işğaldan azad edilsə, nə edərsən? O demişdi ki, bilmirəm, bəlkə də sevincimdən o qədər oxuyaram ki, səsim batar.

Hokm.az xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib.

O bildirib ki, bu günə qədər 18 may tarixi bütün laçınlılar üçün ən kədərli gün idi:

“Bu gün şükür ki, təkcə Laçın yox, bütün ərazilərimiz işğaldan azad edilib. Sevinirəm, çünki artıq vətən həsrəti çəkməcəyəyik. İşğalın acı, kədərli günləri geridə qalıb. Müzəffər Ordumuz, Ali Baş Komandanımız bizə bu tarixi qələbəni, Laçınımızı bəxş etdi. İşğal zamanı həlak olan analarımız, bacılarımız, oğullarımızın qisası alındı.

İndi atamın ruhunun sakit olduğunu, hüzur tapdığını düşünürəm. Atamın Laçınla bağlı çox arzuları, xatirələri vardı. Bilirsiniz, ağır bir şeydir doğulduğun torpaqdan uzaqda ölmək. Bu gün onun “Laçınım mənim” mahnısı daha mənə kədər gətirmir”.

Qeyd edək ki, 1992-ci ilin 18 mayında işğal edilən Laçın rayonu dekabrın 1-də azad olunub.

 

  •  (0)
  •  (0)