“Mediasiya prosessinin uğuru onun Barışıq sazişi ilə nəticələnməsindən ibarətdir. Tərəflər saziş əsasında öz hüquq və vəzifələrini müəyyən edir, aralarında olan mübahisələrə mütənasib olaraq öhtəliklər götürür və məhkəmədən kənar öhtəliklərini könüllü qaydada icra edirlər”.
Bakı şəhər 8 Saylı Mediasiya Təşkilatının mediatoru hüquqşünas Azad Rzayevin bildirir ki, bağlanmış sazişdə göstərilən öhtəliklər vaxtında icra edilmədikdə xüsusi icraat qaydasında MPM-də nəzərdə tutulmuş qaydada qısa müddətdə məhkəmə qaydasında baxılıb qərar qəbul edilə bilir. Ailə, Əmək və Kommersiya mübahisələrindən irəli gələn mübahisələr üzrə “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq mübahisə tərəflərinin məhkəmədən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələb edilir: “Hazırkı ictimai mühitdə Mülki və İnzibati mübahisələrdən irəli gələn mübahisələr də kifayət qədər çoxdur. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsi ilə həll edilə bilər. Mülki işlərin əhatə dairəsi isə çox genişdir. Lakin “Mediasiya Haqqında” qanuna əsasən məhkəmədən əvvəl mübahisə tərəflərinin mediasiya sessiyasında iştirakı məcburi deyil. Yəni mübahisə tərəfləri özləri könüllü qaydada mediasiya vasitəsi ilə mübahisələrini həll etmək üçün müraciət etməlidirlər.
Respublikamızda mülki işlər üzrə mübahisələrin gedişatına, onun həlli üsullarına, mübahisənin baxılma və icra müddətlərinə kənardan nəzər keçirdikdə heç də tərəflər üçün ürək açan olmadığını görmək çətin deyildir. Mülki işlər üzrə bir dəfəlik icrası nəzərdə tutulan məhkəmə aktlarının icrası demək olar ki, əksər hissəsi icra edilmir. Bunun da əsas səbəbi borclunun birdəfəlik ödəmək qabiliyyətinin olmamasıdır. Məhkəmə qərarlarını icra edən icra orqanları isə icra sənədindən kənara çıxa bilmir, yəni məhkəmə qərarında göstərilən predmeti dəyişmək və yaxud da icra üsulunu dəyişmək səlahiyyətində deyildir. Yuxarıda qeyd edilən xüsusatları nəzərdən keçirdikdə “Mediasiya Haqqında” qanunun mübahisə tərəfləri üçün əhəmiyyətli dərəcədə faydalı olduğunu görürük. Bəzən tərəflərdən biri digər tərəfin onun tələbini birdəfəlik ödəyə bilməyəcəyini bildiyi halda belə, uzun müddət vaxt itirməklə, bütün məhkəmə instansiyalarını keçir, sonra isə icra orqanında icra sənədi birdəfəlik icra edilmir və bu barədə məhkəmə qərarı olmadan məcbur olub tələbin hissə-hissə ödənilməsi ilə razılaşırlar. Halbuki, Mediasiyaya müraciət etmiş tərəflər öz mübahisələrini Barışıq sazişi əsasında mübahisəsiz qaydada könüllü, şərtləşdikləri qaydada həll edə bilərlər. Tərəflər öz iradələrindən asılı olaraq,müəyyən bir məsələdə əvəzləşmə aparmaqla, hissə-hissə ödəməklə və yaxud da alternativ üsullarla öz problemlərini və mübahisələrini uzun müddət itirmədən, pullarına qənaət etməklə qısa müddətdə mediasiya vasitəsi ilə Barışıq sazişi ilə həll edə bilərlər. Onu da qeyd etmək lazımdır ki, mediasiya sessiyaları qapalı keçirilir. Tərəflər qanunla nəzərdə tutulan bütün hüquq və vəzifələrindən istifadə etməklə sərbəst qərar vermək səlahiyyətinə malikdirlər. Mediasiya prosesinin konfidensiallığı(məxfiliyi) mediasiya iştirakçıları tərəfindən qorunur”.
A.Rzayev bildirib ki, Mediasiya Prosesinin tətbiqi nəticəsində bağlanmış Barışıq sazişinin icra edilməməsi halında isə tərəflər xüsusi icraat qaydasında Barışıq sazişini vaxt itirmədən məhkəmə qətnaməsi ilə təsdiq etdirə bilirlər: “Barışıq sazişi maraqlı tərəfin ərizəsi əsasında Azərbaycan Respublikası MPM-nin 355-23.1 və 355-23.2-ci maddələri qaydasında təsdiq etdirə bilər və baxılma müddəti 10 gündür. Bu həqiqətdir ki, Azərbaycan Respublikasında Mediasiya İnsititutu yarandıqdan sonra tərflərin barışıq sazişi ilə mübahisələrinin həll edilməsi və tələblərinin könüllü qaydada icra edilməsi kifayət qədərdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanunun 30 -cu maddəsinə əsasən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, inzibati orqanlar tərəfindən inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi, yaxud inzibati orqanın digər hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələr bu qanuna uyğun olaraq, mediasiya vasitəsi ilə həll edilə bilər. Lakin iddiaçı qismində çıxış edən birinci tərəfin mediasiyaya sessiasında iştirafı sırf inzibati orqanın iradəsindən asılıdır.İnzibati orqanların nümayəndələri mediasiya prosessində iştirakı ilə tərəflərin qarşılıqlı razılığı əsasında mübahisəni mediasiya vasitəsi ilə həll edilə biləcəyinə inanıram. Artıq buna Mediasiyanın Azərbaycan Respublikasındakı təcrübəsi əyani sübutdur. Tərəflər aidiyyəti orqanlarda razılaşa bilmədikləri mübahisələri mediasiya vasitəsi ilə həll edirlər. Yaxşı olardı ki,müvafiq İcra Hakimmiyyəti orqanları mediasiya sessilalarında iştirak üçün təşəbbüs göstərsinlər. Barışıq sazişi ilə mübahisələrin həlli hər şeydən əvvəl tərəflər üçün əlverişli olardı və həm də vətəndaş məmnunluğu yaradardı. Bakı şəhəri, 8 saylı Mediasiya Təşkilatında tərflərin mediatorlar vasitəsi ilə mediasiya prosesinin tətbiqi nəticəsində bağladıqları barışıq sazişlərinin sayı çoxluq təşkil edir. Təşkilatda Mediasiya haqqında qanunun prinsiplərinə riayət edilməklə uğurlu mediasiya prosessləri həyata keçirilir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, Mülki, İnzibati, Əmək və Kommersiya mübahisələrindən irəli gələn işlər üzrə mübahisələrinizin həll edilməsi üçün Bakı şəhəri, 8 saylı Mediasiya Təşkilatına müraciət etmək mümkündür. Mediasiya Təşkilatı qanunvericiliyin tələbinə uyğun olaraq keyfiyyətli mediasiya xidməti göstərməyə hazırdır.
Ünvan:Bakı şəhəri, H.Əliyev Prospekti 115,Sport Plaza (blok B,mərtəbə 10,otaq-1006),telefon:051-401-87-07.E-poçt:bakı[email protected]”.