“Cənab Prezident İlham Əliyevin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi məsələsinə Tədbirlər Planında geniş yer ayrılması və mediasiya hesabına həll edilən ailədaxili mübahisələrin xüsusi çəkisinin illər üzrə müsbət dinamikasına nail olunacağına inamın vurğulanması mediasiyaya inamın və onun inkişafına dövlət dəstəyinin bariz təcəssümüdür”
Bu fikirləri Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bildirib:
“Dövlət Proqramında ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlərin görülməsi üçün əsas icraçı kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər həmicraçılar qismində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə birgə Azərbaycan Respublikasının Mediasiya Şurasının müəyyən edilməsi mediasiya ailəsi olaraq üzərimizə icrası şərəfli olan bir peşə məsuliyyəti qoyur.
Cənab Prezidentin bu etimadı mediasiya ailəsi və cəmiyyət üçün mediasiyanın gələcəyinə dair böyük bir təkandır”.