Azərbaycan İlahiyyat İnstitutu ilə Mediasiya Şurası arasında səmərəli əməkdaşlığın nəticəsi olaraq 16 noyabr 2023-ci il tarixində İlahiyyat İnisitutunun tələbələri ilə görüş keçirilib.
İlahiyyat İnisitutunun İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazov çıxış edərək ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və İlahiyyat İnisitutu arasında olan əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Görüşdə Mediasiya Şurasını Bakı 18 saylı Mediasiya Təşkilatı təmsil edib. Bakı 18 saylı mediasiya təşkilatının rəhbəri Sadiq Bağırov və təşkilatın mediatorları Gültəkin Məmmədova, Mayıl Bayramov tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub, tələbələrlə müxtəlif kazuslar müzakirə edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına Mediasiya Şurası tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib.