“Tibbi maska taxmaq barədə qayda ləğv olunsa da, qapalı məkanlarda maska taxmaq tövsiyyə olunur”.
Hokm.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə bildirib.
“Hazırda COVID-19-la bağlı vəziyyət nəzarət altındadır. Bəli, maska rejimi ləğv olunur, amma qapalı məkanlarda yenə də maska taxmaq məsləhətdir. İndi vəziyyət sabitdir. Amma payıza qədər diqqətli olmaq lazımdır, çünki temperatur aşağı düşəcək və yeni ştamlar yarana bilər” – deyə nazir qeyd edib.
Xatırladaq ki, mayın 1-dən ölkədə tibbi maska taxmaq tələbi ləğv olunur.