Rusiya qoşunları tərəfindən 2 həftədir atəşə məruz qalan Mariupol şəhəri hələ müqavimət göstərsə də, dinc sakinlər arasında ölənlərin sayı gündən-günə artır.
Hokm.az xəbər verir ki, Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviçin verdiyi məlumata görə, şəhərdə ölən dinc sakinlərin sayı artıq 2500-ü keçib.
“Ən isti vəziyyət indi Mariupol yaxınlığında, Mariupoldadır. Orada ruslar sadəcə olaraq şəhəri yer üzündən sökürlər. Bizim ordumuz orada irəliləyiş göstərir. Dünən onlar Mariupolda növbəti zirehli sıçrayış cəhdini məğlub etdilər, əsir götürdülər. Ruslar tərəfindən şəhərdə 2,5 mindən çox adam öldürülüb – bu, yerli hakimiyyət orqanlarının rəsmi hesabatlarına görə, mənim anladığım qədərdir. Və bu, dünyanın müvafiq qiymət verdiyi fəlakətdir, ” — Aleksey Arestoviç bu barədə Rada telekanalının canlı yayımı zamanı bildirib.alp.az