Mahsum Kırmızıgül Mübariz Mənsimovun məhkəməsində ifadə verib.
Hokm.az Axeber.az-a istinadən xəbər verir ki, bu barədə “Palmali” şirkətlər qrupunun rəsmisi Fidan Quliyeva bildirib. Onun sözlərinə görə, M.Kırmızıgül ifadəsində bunları deyib:
“Mübariz bəylə biz uzun zamandır ailə dostuyuq. Bu ittihamları eşidəndə çox təəccübləndim. Uzun zamandır yanında olmuşam və heç bir zaman o insanlarla əlaqəsinin olduğunu görməmişəm. Mübariz Mənsimov iş adamıdır, xaricdən pul qazanıb bu ölkəyə yatırımlar edirdi. Çox xeyirsevər insandır və mən bu xeyriyə işlərinin də şahidi olmuşam.”