Los-Ancelesin yanğınsöndürmə xidməti Hollivud yaxınlığında yaşayan sakinlərin təxliyəsi barədə göstəriş verib.
“Hokm.az” “Reuters” agentliyinə istinadən xəbər verir ki, təxliyə çərçivəsində 100 mindən çox insan evini tərk etməli olacaq.
Ən son məlumata görə, meşə yanğınları nəticəsində Los-Ancelesdə mindən çox tikili yanıb.
Qeyd edək ki, təbii fəlakət səbəbindən 5 nəfər həlak olub. ABŞ-nin hazırkı Prezidenti Co Bayden Kaliforniya ştatında fəlakət rejimi elan edib.