Bir müddət öncə Səhiyyə Nazirliyi tərəfindən 10 plastik cərrahın lisenziyasının ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb. Son günlər həmin cərrahların nazirliyin qərarından məhkəməyə müraciət edəcəyi bildirilir.
Hokm.az mövzu ilə bağlı lisenziyasının ləğv olunduğu bildirilən cərrahlarla əlaqə saxlayıb.
Onlar bildiriblər ki, lisenziyalarının ləğv edilməsi ilə bağlı yekun qərar verilməyib.
Cərrahlar yalnız bu qərar verildikdən sonra məhkəməyə müraciət edib-etməyəcəkləri barədə düşünəcəklərini bildiriblər.