Amerikalı müğənni Ledi Qaqa Las-Veqasdakı konsertində mahnılar arasında fasilədə dünyada baş verən hadisələrə münasibət bildirib.
Hokm.az xəbər verir ki, müğənni Rusiyadan olan fanatları barədə təhqiredici ifadə işlədib.
“Onlar kütbeyindir, axmaqdır, elə də qalacaqlar”, – deyib.
Ledi Qaqa bəyan edib ki, Rusiya hökuməti onu həbs etmək fürsətini əldən qaçırıb:
“Gərək mən Rusiyada olanda həbs edərdilər, indi gecdir”.
Bununla onun bir daha Rusiyaya gəlməyəcəyinə eyham vurduğu bildirilir.
Bu çıxışdan sonra Rusiya fanatları müğənninin səhifəsinə təhqiredici cavabla hücuma keçiblər.Bakupost.az