Lənkəran Dövlət Universiteti (LDU) ilə Belarusiyanın Baranoviç Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi sənədlər dövriyyəsi vasitəsilə (onlayn) imzalanmışdır.
Hokm.az xəbər verir ki, bu müqavilədə iki universitet arasında birgə elmi-tədqiqatların aparılması, akademik, təhsil, ictimai və mədəni fəaliyyətlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
Müqavilə 5 il müddətinə qüvvədə qalacaqdır.